USM ultrasəs dalğaları ilə daxili orqanları real vaxtda ekranda göstərir. Şüalanma yoxdur, ağrı yoxdur, nəticə tez alınır.
USM ilə nələr qiymətləndirilə bilər?
- Qarın boşluğu və daxili orqanlar — qaraciyər, böyrəklər, öd kisəsi
- Yumşaq toxumalar və qalxanabənzər vəzi
- Süd vəziləri
- Kiçik çanaq orqanları, ginekoloji və uroloji sahələr
- Hamiləliyin izlənməsi
- Doppler müayinələri — qan axınının qiymətləndirilməsi
Nəticə radioloq tərəfindən qiymətləndirilir və lazım gəldikdə uyğun ixtisas həkiminə yönləndirmə üçün istifadə olunur.
Kimə lazımdır
- Qarın ağrısı, şişkinlik və ya həzm problemi olanlar
- Profilaktik yoxlanış istəyənlər
- Həkim göstərişi olanlar
- Hamiləlik müşahidəsi aparılanlar
USM-in profilaktikadakı rolu barədə bloq yazımızı oxuyun.
Necə aparılır
Datçik dəriyə gel vasitəsilə toxunur, orqanlar ekranda izlənir. Müayinə adətən 15 ilə 30 dəqiqə çəkir və ağrısızdır.
Hazırlıq
Müayinə növündən asılıdır. Qarın boşluğu üçün adətən ac gəlmək, bəzi hallarda sidik kisəsinin dolu olması istənilir. Dəqiq təlimatı qeydiyyat zamanı öyrənin.
Bu xidməti kim verir
Tez-tez verilən suallar
USM zərərlidirmi?
Xeyr. USM şüalanma vermir, ağrısızdır və lazım olduqda təkrarlana bilər.
USM üçün ac gəlməliyəm?
Müayinə növündən asılıdır. Qarın boşluğu USM-i üçün adətən ac gəlmək istənilir. Dəqiq təlimatı qeydiyyatda öyrənin.
USM nə qədər çəkir?
Adətən 15 ilə 30 dəqiqə. Müayinənin növü müddəti dəyişə bilər.
USM-i kim aparır?
Klinikamızda USM müayinələrini radioloq Dr. Fəramin Zairov aparır, həftənin yeddi günü.