USM, yəni ultrasəs müayinəsi, ən çox istifadə olunan diaqnostika üsullarından biridir. Ağrısızdır, ionlaşdırıcı şüalanmadan istifadə etmir və görüntünü real vaxtda verir.
Müayinə zamanı datçik xüsusi gel vasitəsilə dəriyə toxundurulur. Radioloq qarın boşluğu və daxili orqanları, yumşaq toxumaları, qalxanabənzər vəzi, süd vəzilərini, ginekoloji və uroloji sahələri, hamiləliyi və qan axınını Doppler üsulu ilə qiymətləndirə bilər.
Profilaktikada rolu
USM profilaktik yoxlanışda da faydalıdır. Bəzi dəyişikliklər erkən mərhələdə heç bir narahatlıq yaratmır və yalnız müayinə zamanı görünür.
Zərəri varmı?
USM rentgen kimi ionlaşdırıcı şüalanma vermir. Hazırlıq isə müayinə növünə görə dəyişir: qarın boşluğu üçün ac gəlmək, bəzi hallarda sidik kisəsini dolu saxlamaq lazım ola bilər. Dəqiq qaydanı USM səhifəsində və qeydiyyat zamanı öyrənə bilərsiniz.
Bu məqalə maarifləndirici xarakter daşıyır və həkim məsləhətini əvəz etmir. Şikayətiniz varsa, mütləq mütəxəssisə müraciət edin.