Şamaxı, Azərbaycan küçəsi 15 Laboratoriya və USM: 7 gün
+994 10 336 01 01

Laboratoriya

Həftənin yeddi günü açıq. Qan analizləri, biokimya, hormon testləri və digər analizlər.

Medsun Klinikanın laboratoriyası

Klinikanın laboratoriyası həftənin yeddi günü işləyir. Qan analizləri, biokimya, hormon testləri və digər analizlər aparılır.

Qan nümunəsinin götürülməsi sahəsi

Hazırlıq

Bir çox analiz ac qarına verilir. Nə qədər ac qalmaq lazım olduğu analizin növündən asılıdır, bunu qeydiyyat zamanı dəqiqləşdirin. Bəzi dərmanlar analiz nəticəsinə təsir edə bilər, ona görə daimi qəbul etdiyiniz dərmanlar barədə məlumat verin.

Hormon analizləri

Hormon analizləri üçün vaxt önəmli ola bilər. Qadınlarda bəzi hormonlar siklin müəyyən günündə yoxlanılır. Bunu qeydiyyat zamanı dəqiqləşdirin.

Tez-tez verilən suallar

Analizə necə hazırlaşım?

Bir çox qan analizi ac qarına verilir, adətən 8 ilə 12 saat. Dəqiq müddət analizin növündən asılıdır və qeydiyyat zamanı sizə deyilir.

Ac qarına nə deməkdir, su içə bilərəm?

Çox halda su içmək olar. Digər içkilər və qida nəticəyə təsir edə bilər. Dəqiqləşdirmək üçün qeydiyyatda soruşun.

Zəng WhatsApp Qeydiyyat