Qəbula hazırlıq
Qəbuldan əvvəl bir neçə sadə hazırlıq həkimin vəziyyətinizi daha düzgün qiymətləndirməsinə kömək edir:
- əvvəlki müayinə, analiz və görüntüləmə nəticələrini özünüzlə gətirin;
- qəbul etdiyiniz bütün dərmanların adını və dozasını yazın;
- şikayətin nə vaxt başladığını və zamanla necə dəyişdiyini qeyd edin;
- allergiya, xroniki xəstəlik, əvvəlki əməliyyat və hamiləlik ehtimalı barədə məlumat verin;
- həkimə vermək istədiyiniz sualları öncədən yazın.
Növbədə gözləməmək və dəvətli həkimin qəbul gününü qaçırmamaq üçün öncədən qeydiyyat tövsiyə olunur.
Analizə hazırlıq
Daimi dərman qəbul edirsinizsə, onu dayandırmadan əvvəl həkimlə məsləhətləşin. Ac qalma müddəti və digər qaydalar analizin növündən asılıdır — ətraflı: Laboratoriya.
Görüntüləmə müayinələrinə hazırlıq
Hər müayinənin öz hazırlıq qaydası var — detallar müvafiq səhifədədir:
Təcili hallarda forma doldurmayın, birbaşa +994 10 336 01 01 nömrəsinə zəng edin.