Adi EKQ ürəyin yalnız o anki vəziyyətini göstərir. Bəzi problem isə yalnız müəyyən anlarda, məsələn yük altında və ya gecə ortaya çıxır. Holter məhz bu boşluğu doldurur: cihaz gün ərzində ritmi fasiləsiz qeyd edir.
Holter hansı hallarda tövsiyə edilir
- Aritmiyaların aşkarlanması
- Bayılma və başgicəllənmənin səbəbinin araşdırılması
- Gizli ürək ritm pozğunluqlarının müəyyən edilməsi
- Müalicənin effektivliyinin qiymətləndirilməsi
- Artmış ürək döyüntülərinin səbəbinin araşdırılması
Necə aparılır
Kiçik qeydedici cihaz bədənə bərkidilir və 24–48 saat ərzində ürək ritmini qeyd edir. Bu müddətdə adi gündəlik həyatınızı davam etdirirsiniz, çünki müayinənin məqsədi məhz real şəraitdə ürəyin işini görməkdir.
Üç ürək müayinəsinin fərqi barədə bloq yazımızı oxuyun.
Bu xidməti kim verir
Tez-tez verilən suallar
Holter nə qədər taxılır?
Adətən 24–48 saat ərzində ürək ritmi fasiləsiz qeyd olunur. Dəqiq müddəti kardioloq təyin edir.
Holter taxılı ikən nə etmək olar?
Adi gündəlik həyatınızı davam etdirin. Məqsəd məhz real şəraitdə ürəyin işini qiymətləndirməkdir. Cihazın su ilə təmasından qorunmaq lazımdır.
Holter ağrılıdırmı?
Xeyr. Cihaz dəriyə elektrodlarla bərkidilir, ağrı vermir.